HƏMAS hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə razılaşma təkliflərinə hələlik yekun cavab verməyib, ABŞ bunu mümkün qədər tez almağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
“HƏMAS-ın rəsmi açıqlamaları o qədər də ürəkaçan deyil. Qətərin Baş naziri ilə danışdım. O, hələlik HƏMAS-dan heç bir cavab almayıb. Mən Baş nazirdən mümkün qədər tez cavab almağı xahiş etdim”, – C.Sallivan bildirib.