11 aydan çox davam edən müharibədən sonra HƏMAS Qəzzada mütəşəkkil hərbi qüvvə kimi mövcud deyil.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“HƏMAS hərbi birləşmə olaraq artıq mövcud deyil. O, partizan müharibəsi ilə məşğuldur və biz hələ də HƏMAS qüvvələri ilə mübarizə aparırıq” – deyə Qallant jurnalistlərə bildirib.