Ən azı 800 min dinc sakin Qəzza zolağının şimalını tərk edib.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib.
“Əsas müharibə zonasının yerləşdiyi şimal hissədən 800 mindən çox fələstinlinin təxliyə edildiyini görməyə şadıq. HƏMAS onların bir çoxunun bunu etməsinə mane oldu, lakin bir çoxu yenə də bacardı. Ümid edirik ki, onların hamısı öz təhlükəsizlikləri üçün təxlıiyə olunacaqlar”, – Konrikus bildirib.