Kanadanın Baş naziri Castin Trüdo hazırkı Fələstin-İsrail münaqişəsi fonunda sülhə gedən yol barədə danışıb.
AzerTimes xəbər verir ki, o, bu barədə “Qlobal Nyus”a müsahibəsində deyib.
“Sülhün yeganə yolu girovların azad edilməsi, humanitar yardımların çatdırılması və HƏMAS-ın Qəzzada liderlikdən uzaqlaşdırılmasıdır”,- o bildirib.
Onun sözlərinə görə, bu, irəliyə doğru yeganə yoldur:
“Ona görə də atəşkəs üçün belə şərtlər irəli sürülür”.