Beyrutda olan HƏMAS hərbi rəhbərlərinin əksəriyyəti sui-qəsd cəhdlərinin hədəfi olmaq qorxusundan Livanın paytaxtını tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb.
Bildirilib ki, HƏMAS Saleh Arurinin məqsədyönlü şəkildə öldürülməsindən sonra liderlərinin təhlükəsizliyini təmin etmək üçün mühüm tədbirlər görüb.
Belə ki, HƏMAS rəsmiləri Livanı tərk edərək Suriya və Türkiyəyə gediblər. Bundan əlavə, qruplaşmanın yüksək səviyyəli lideri Qazi Həmədin Qətərə qaçdığı və Arurinin öldürülməsindən sonra Livana qayıtmadığı bildirilir.
Qeyd edək ki, HƏMAS-ın iki nömrəli lideri Aruri ən azı beş nəfərlə birlikdə Beyrutun cənubunda İsrailin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.