HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin böyük nəvəsi Camal Məhəmməd Haniyə İsrail ordusunun hücumu nəticəsində öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Camal Məhəmmədin meyiti bu gün dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, 10 gün əvvəl Haniyənin başqa bir nəvəsi də Qəzzada öldürülmüşdü.