HƏMAS liderinin evi mühasirəyə alındı

HƏMAS liderinin evi mühasirəyə alındı

Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri HƏMAS hərəkatının siyasi lideri Yəhya Sinvarın evini mühasirəyə alıb.

AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir”, – deyə Netanyahu bildirib.

Teqlər: