HƏMAS və İsrail arasında münaqişənin Avropa Birliyi üçün mənfi nəticələri olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel danışıb.
“Münaqişə cəmiyyətlərimizin təhlükəsizliyi üçün ağır nəticələrə səbəb ola bilər. Əgər lazımi səy göstərməsək, bu, müxtəlif icmalar arasında gərginliyi artıra və ekstremizmi alovlandıra bilər”, – Mişel bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Avropa Birliyi liderləri İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün videokonfrans keçirəcəklər.