HƏMAS-la danışıqlar olmayacaq – Ben Tsvi

HƏMAS-la danışıqlar olmayacaq – Ben Tsvi

İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz.

AzerTimes xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.

“Kiminlə danışıqlar masasına əyləşəcəyik? Onlarla nədən danışacağıq? Biz HƏMAS-la danışıqlar masasına otura bilmərik, onlar hər dəfə təkrarlayırlar ki, İsrail dövləti məhv edilməlidir. Danışıqlarlın aparılması üçün iki suala cavab vermək lazımdır: Kiminlə və nədən danışmaq. Əgər bu suallara cavab yoxdursa, deməli, danışıq imkanları da yoxdur”, – səfir bildirib.

Teqlər: