İsrail HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.
“Bunlar açıq-aşkar sənədləşdirilmiş hərbi cinayətlərdir. Terrorçularla danışmaq mərhələsi artıq geridə qaldı. İndi HƏMAS-ın terror infrastrukturunu məhv etmək lazımdır ki, bir daha belə dəhşət yaşanmasın”, – Erdan bildirib.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirləri görür.