Qəzza şəhərinin cənubunda İsrail ordusu ilə HƏMAS döyüşçüləri arasında şiddətli toqquşmalar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.
Məlumata görə, Qəzzanın cənubundakı Əl-Səbra və Tel əl-Hava bölgələrində ağır döyüşlər baş verib:
“HƏMAS döyüşçüləri Qəzzanın cənubundakı Tel əl-Havaya doğru irəliləməyə çalışan İsrail qüvvələrinə şiddətli müqavimət göstərirlər. İsrail ordusuna məxsus təyyarələr Əl-Səbra bölgəsindəki yaşayış məntəqələrinə zərbələr endirib”.