İsrail ərazisinə daxil olan HƏMAS hərəkatının üzvlərində kimyəvi silahların hazırlanması ilə bağlı təlimatlar var idi.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.
“Sianidlə qeyri-peşəkar kimyəvi silahın necə hazırlanması ilə bağlı bu təlimatlara baxdıq, vəziyyət olduqca şokedici idi”, – deyə Hersoq bildirib.