HƏMAS İsraillə böyük sövdələşməyə hazırdır

HƏMAS İsraillə böyük sövdələşməyə hazırdır

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyub, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib olacaq.

AzerTimes xəbər verir ki, bu barədə CNN HƏMAS hərəkatındakı mənbəyə istinadla məlumat yayıb.

“Mənbənin sözlərinə görə, 24 saat ərzində mənzərə daha da aydınlaşacaq”, – deyə telekanal bildirib.

Hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir. Görüşdə israilli və fələstinli girovların qarşılıqlı dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

Teqlər: