HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadası Qəzza zolağı ilə sərhəddə Erez yaxınlığında İsrailin zirehli transportyorunu məhv etdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə qrupun Teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.
“İzzəddin əl-Qəssam Briqadasının döyüşçüləri partlayıcı qurğu və iki “Əl-Yassin” – 105 mərmisindən istifadə etməklə Erezin şərqində sionist zirehli transportyorunu məhv ediblər”, – bəyanatda deyilir.