HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadası İsrailin əsas beynəlxalq hava limanı olan David Ben-Qurion hava limanına raket hücumu təşkil etdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS Teleqram kanalında məlumat yayıb.
“İzzəddin əl-Qəssam Briqadasının döyüşçüləri İsrailin mülki şəxslərə hücumuna cavab olaraq Ben Qurion hava limanına zərbələr endiriblər”, – məlumatda deyilir.
İsrail tərəfi hələlik hava limanının atəşə tutulduğunu təsdiqləməyib.