HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.
“Əl-Qəssam Briqadası mülki şəxslərə hücuma cavab olaraq Ramon hava bazasına raket zərbələri endirib”, – məlumatda deyilir.
Qeyd edək ki, İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasına raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.