HƏMAS-ın raket hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə azalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Nəşr qeyd edir ki, müharibə elan edildikdən və HƏMAS-a qarşı hava və quru əməliyyatlarının başlamasından sonra İsrailə 7 minə yaxın raket atılıb. Lakin artıq intensivliyin azaldığı müşahidə olunur.
Belə ki, İsrail ordusunun statistik məlumatları göstərir ki, oktyabrın 7-dən 14-dək raket və dron hücumları təhlükəsi ilə bağlı 3500-dən çox xəbərdarlıq edilib. Oktyabrın 29-dan noyabrın 4-dək elan edilmiş hava xəbərdarlıqlarının sayı isə 582-yə, noyabrın 5-dən noyabrın 12-dək isə 455-ə enib.