HƏMAS Qəzza zolağında İsrailə aid helikopteri vurub.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasının Teleqram kanalında məlumat yayılıb.
“İzəddin əl-Qəssam Briqadasının döyüşçüləri Əl-Büreyc düşərgəsinin şərqində İsrail helikopterinə “Sam7” raketi buraxıblar. Döyüşçülərimiz təsdiq edir ki, hədəf vurulub”, – məlumatda qeyd olunub.
İsrail tərəfi hadisə ilə bağlı açıqlama verməyib.