HƏMAS-ın “Əl-Qəssam” Briqadası İsrail əsgərlərinin yerləşdiyi Qəzza zolağında minalanmış tunellərdən birini partladıblar.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir.
“Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyadalarının olduğu minalanmış tuneli partladıb, nəticədə yaralananlar var”,- məlumatda deyilir.
Qeyd edək ki, bundan öncə “Əl-Qəssam” 8 İsrail əsgərini öldürdüyünü açıqlamışdı.