İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.
AzerTimes xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.
Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
HƏMAS sözügedən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bildirilib ki, atəş açan şəxs – 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.
O, hücum yerində İsrail Müdafiə Qüvvələrinin hərbçiləri tərəfindən zərərsizləşdirilib.