HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra təşkilatın yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.
AzerTimes xəbər verir ki, İsrail mediasında ən çox səslənən versiyalar arasında Xalid Maşalın adı çəkilir.
Məlumata görə, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək.
Xalid Maşal 1996-2017-ci illərdə HƏMAS Siyasi bürosuna rəhbərlik edib. HƏMAS daxilində müzakirələr fonunda onun namizədliyi geniş dəstək görüb.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda raket zərbəsi endirilməsi nəticəsində öldürülüb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.