HƏMAS qruplaşması İsrailin Aşkelon şəhərini yenidən raket atəşinə tutub.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, hazırda Qəzzadan sözügedən şəhərə onlarla raket atılır, Dəmir Qübbə onları dəf etməyə çalışır.
Bildirilib ki, kütləvi hücumdan dolayı mülki əhali Aşkelonu tərk etməyə başlayıb.
Qeyd edək ki, HƏMAS İsrailə yenidən hücum edəcəyini açıqlamış və bu səbəbdən əhaliyə şəhəri tərk etmələri üçün yerli vaxtla saat 17:00-a qədər vaxt vermişdi.