HƏMAS-ın son qalasına da çatacağıq – Qallant

HƏMAS-ın son qalasına da çatacağıq – Qallant

İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant mətbuat konfransında bildirib.

“Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq – Qəzza zolağının mərkəzinə və cənubuna, xüsusən də Rəfahda HƏMAS-ın son qalasına…” – nazir vurğulayıb.

Qallant qeyd edib ki, Fələstin silahlı qruplaşmaları üzvlərinin iki seçimi var – təslim olmaq, ya da ölmək.

Teqlər: