İsrail ordusu sutka ərzində HƏMAS-ın obyektlərinə yüzlərlə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Tank əleyhinə raket buraxılış məntəqələri, terrorçuların tunelləri, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri vurulub”, – məlumatda qeyd olunub.
ÇAXAL bu zərbələrin HƏMAS-ın 18 oktyabr hücumuna cavab olduğunu bildirib.