HƏMAS-ın komandirlərinin yarısı öldürülüb – Levi

HƏMAS-ın komandirlərinin yarısı öldürülüb – Levi

Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələri hərbçiləri HƏMAS-ın batalyon komandirlərinin azı yarısını öldürüb.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi xarici bildirib.

“Ordu bu günə qədər HƏMAS batalyon komandirlərinin yarısını öldürüb. Əsgərlər əhəmiyyətli hava dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. Bu kampaniya artıq HƏMAS-ın hərbi imkanlarını xeyli azaldıb”, – Levi söyləyib.

O qeyd edib ki, oktyabrın 7-dən bəri HƏMAS İsrailə 11500-dən çox raket atıb. 2 mindən çox belə buraxılış uğursuzluqla başa çatıb. Bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub.

Teqlər: