HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıram – Haliva

HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıram – Haliva

Son 11 gün ərzində mən davamlı olaraq qeyd etdim ki, müharibənin başlanması kəşfiyyat xidmətlərinin uğursuzluğudur. Qurum HƏMAS-ın planlaşdırdığı terror hücumu ilə bağlı xəbərdarlıq etməyib.

AzerTimes xəbər verir ki, bunu İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva bildirib.

“Biz ən mühüm missiyamızı yerinə yetirə bilmədik və bir rəhbər kimi, mən bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Vəziyyəti ətraflı araşdırıb nəticə çıxaracağıq. İndi isə qarşımızda yalnız bir vəzifə var – mübarizə aparmaq və qalib gəlmək”, – Haliva bildirib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu müharibə vəziyyəti elan edib və əməliyyata başlayıb.

Teqlər: