HƏMAS-ın hücumu Qərbə bu mesajı verdi – Lavrov

HƏMAS-ın hücumu Qərbə bu mesajı verdi – Lavrov

Qərb ölkələri artıq narahat olmağa başlayıblar, çünki Ukraynadan bədheybət yaradıblar.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.

“Qərb hazırda bir qədər də qorxmağa başlayıb ki, necə bədheybət yetişdirib: onlar görürlər ki, Zelenski və onun əlaltıları artıq dinləmirlər və Qərbə qarşı daha çox iddialar səsləndirirlər: “Pul azdır, silah azdır”, – o bildirib.

Lavrovun fikrincə, HƏMAS-ın İsrailə hücumu Qərbə belə bir siqnal verdi ki, təkcə Ukraynada – Rusiyanı strateji məğlubiyyətə uğratmaq istədikləri döyüş meydanında – deyil, ümumilikdə təhlükəsizlik maraqlarını necə təmin etmək barədə düşünmək lazımdır.

Teqlər: