HƏMAS-ın hərbi lideri Yəhya Sinvar son günlər iki dəfə İsrail hərbçiləri ilə qarşılaşmadan yayına bilib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail ordu qüvvələri iki dəfə Qəzza zolağında Sinvarın gizləndiyi güman edilən tunellərə çata bilib:
“Lakin hərbçilərin gəlməsinə az qalmış o, sığınacaqları tərk edib”.
İsrail “13-cü kanal”ı isə adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrail ordusu tərəfindən toplanan kəşfiyyat məlumatları HƏMAS liderinin daim hərəkətdə olduğunu və uzun müddət bir yerdə qalmadığını göstərir:
“Sinvarın hazırda Xan Yunisdə gizləndiyi güman edilir”.