HƏMAS təşkilatının hərbi büdcəsinin 90 faizi İran tərəfindən təmin edilir.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
“İran HƏMAS-ı dəstəkləyir. Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. O, HƏMAS-ın fəaliyyətlərini maliyyələşdirir, təşkil edir, rəhbərlik edir”, – Netanyahu bildirib.
Eyni zamanda Netanyahu qeyd edib ki, İranın oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumunun planlaşdırılmasında bilavasitə əli ola biləcəyi barədə heç bir məlumatı yoxdur.