İsrail qırıcıları ötən sutka ərzində yaraqlıların istifadə etdiyi əməliyyat qərargahına endirdiyi zərbə nəticəsində ötən həftəki hücumlarda iştirak edən HƏMAS komandiri ölüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.
“İsrail ordusunun qırıcısının zərbəsi nəticəsində Qəzza şəhərində HƏMAS hava qüvvələrinə rəhbərlik edən və ötən şənbə günü qətliam zamanı terrorçulara rəhbərlik etməkdə böyük məsuliyyət daşıyan Murad Əbu Murad öldürülüb”, – məlumatda bildirilib.