HƏMAS-ın hücumu nəticəsində girov götürülən şəxslərin sayı yenilənib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari məlumat yayıb.
Haqari bildirib ki, yenilənmiş məlumata görə, 199 nəfər girov götürülüb. Girovların ailələrinə bununla bağlı məlumat verilib.
Qeyd edək ki, dünən Haqari girov götürülənlərin sayının 155 olduğunu bildirmişdi.