Qəzza zolağının HƏMAS-ın hücumu nəticəsində 155 nəfər girov götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari açıqlayıb.
Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad” hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
İsrail ordusu cavab tədbirləri görür.