HƏMAS qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükrü Münhen Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, HƏMAS İsrailin mövqeyini tanımır və eskalasiya kursundan əl çəkmir.
Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib.