İsrail ordusu gün ərzində Qəzza sektorunda hərbi hədəflərə 250 zərbə endirib, əməliyyat zamanı HƏMAS-ın komandirlərindən biri məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
“Ümumi Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələrinin dəqiq kəşfiyyat məlumatlarına əsasən, HƏMAS-ın cənub üzrə milli təhlükəsizlik bölgəsinin komandiri Muataz Eid məhv edilib”, – deyə bildirilib.