İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində Xan Yunis şəhərində HƏMAS-ın briqada komandiri Rafia Salam öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İyulun 13-də Baş Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsaslanaraq, İsrail Hərbi Hava Qüvvələri Xan Yunisdə HƏMAS-ın briqada komandiri Rafiya Salamı məhv edib. Salam HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd əl-Deyfin ən yaxın adamlarından biri olub və 7 oktyabr qırğınının əsas təşkilatçılarındandır”, – məlumatda qeyd olunub.