Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ı Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə səbəb olan destruktiv siyasət yürütməkdə ittiham edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“ABŞ-ın Fələstin düyününü birtərəfli şəkildə açmaq istəyi və dağıdıcı siyasəti Fələstin-İsrail münasibətlərində kəskin böhrana səbəb olub. Münaqişənin heç zaman bitməyəcəyi ilk gündən məlum idi. Bu faciəli hadisələr, nəhəng humanitar fəlakətin baş verməsi ona gətirib çıxarır ki, ABŞ və Qərb mənəvi nüfuzunu itirir”, – Uşakov bildirib.
O qeyd edib ki, bu konkret nümunə Yaxın Şərqin öz suverenliyini, müstəqilliyini və sivilizasiya varlığını gücləndirmək istəyini nümayiş etdirir:
“Hətta HƏMAS-ın başını kəsməklə, Qəzza zolağını qan içində boğmaqla belə, çətin ki, İsrailin təhlükəsizliyini təmin etmək mümkün olsun. Bir müddət sonra nifrət və terror dalğası yenidən başlaya bilər, bunu istisna etmək olmaz”.