2023-cü il oktyabrın 7-dən bəri İsrail ordusu Qəzzada HƏMAS-ın 24 batalyonundan 19-nu məhv edib.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Bu gün müharibənin başlamasından altı ay keçir. Nailiyyətlər böyükdür: biz HƏMAS-ın 24 batalyonundan 19-nu, o cümlədən yüksək səviyyəli komandirləri məhv etdik. Biz xeyli sayda HƏMAS terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Rəfah da daxil olmaqla, HƏMAS-ın bütün Qəzzada məhv edilməsini başa çatdırmaqda qərarlıdır.