İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman Qəzza zolağındakı 24 HƏMAS batalyonundan 17-ni məhv edib.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.
“Əsas məqsədimiz HƏMAS-ın aradan qaldırılmasıdır. Bu məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Qalan HƏMAS batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və biz onlara da çatacağıq”, – Netanyahu bildirib.