İsrail ordusu HƏMAS-ın istifadə etdiyi 150-dən çox tuneli partladıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmisi Conatan Konrikus məlumat verib.
“HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir”, – Konrikus bildirib.