Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının “İzzəddin Əl-Qəssam Briqadaları” döyüş qanadı yerli vaxtla saat 22:00-dan saat 00:00-dək İsrailin Təl-Əviv şəhərinin atəşə tutulmasını dayandırdığını elan edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin “Donia Al-Watan” radiostansiyası xəbər yayıb.
Məlumata əsasən, müvafiq əmri “İzzəddin Əl-Qəssam Briqadaları” Baş qərargah rəisi verib.