Qəzza zolağına nəzarət edən Həmas hərakatının “İzzəddin Əl-Qəssam Briqadaları” döyüş qanadı İsrailin Aşkelon şəhəri istiqamətində 100 yeni raket atdığını açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Fələstinin “Dunya Al Watan” radiostansiyası bildirib.
Qeyd olunub ki, həmin mərmilər yerli vaxtla saat 02:00-da sahil anklavından buraxılıb.
Bildirilib ki, bu zərbələr İsrailin atəşə tutması nəticəsində “mülki şəxslərin və hərəkat üzvlərinin ölümünə, [Qəzza] zolağında infrastrukturun məhv edilməsinə” cavab olaraq endirilib.