HƏMAS yaraqlıları əcnəbilərin Qəzza zolağından çıxışını əngəlləyir.
AzerTimes xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan amerikalı rəsmiyə istinadən CNN məlumat yayıb.
Məlumata görə, HƏMAS əcnəbilərə İsraildən təcili yardım maşınlarının Misirlə sərhəddəki Rəfah keçid məntəqəsinə gedə biləcəyinə dair zəmanət aldıqdan sonra Qəzzanı tərk etməyə icazə verəcək.
Bildirilib ki, müvafiq tələb oktyabrın 3-də İsrail ordusunun Əl-Şəfa xəstəxanası yaxınlığında təcili yardım maşınına hava zərbəsi endirməsindən sonra yaranıb.