HƏMAS döyüşçüləri deyil, bizim əsgərlər ölür – İsrailli nazir

HƏMAS döyüşçüləri deyil, bizim əsgərlər ölür – İsrailli nazir

İsrail HƏMAS-la “sövdələşmələr dilində” danışmağı dayandırmalı və “qərar dilində” danışmağa başlamalıdır.

AzerTimes xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

“Humanitar təxliyə ərazisindən bizə raket atırlar, əsgərlərimizi atəşə tuturlar, biz isə humanitar jestlərimizi davam etdiririk və onlara yardım çatdırırıq. Hərəkətlərimizi yenidən qiymətləndirməyin vaxtıdır.

Niyə Qəzza zolağında minlərlə terrorçunun öldürüldüyünü açıqlamaq əvəzinə, hər gün öldürülən qəhrəmanlarımızın adlarını yayımlayırıq”, – Ben-Qvir bildirib

Nazir vurğulayıb ki, artıq heç bir çəkindirici qüvvə işləmir:

“Oktyabrın 7-də HƏMAS-a heç nə mane olmadı və hələ də 73 günlük döyüşlərdən sonra biz sarsıdıcı tədbirlər həyata keçirməmişik.

Teqlər: