HƏMAS ABŞ-ın dəstəklədiyi atəşkəs təklifinə bir sıra qeyri-mümkün dəyişikliklər təklif edib.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, vasitəçilər boşluqları aradan qaldırmaqda qərarlıdırlar.
HƏMAS-ın yüksək rütbəli lideri vurğulayıb ki, dəyişiklik təklifində İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması istənilir.
İsrail mətbuatı isə yazır ki, HƏMAS Təl-Əviv ilə əldə olunacaq atəşkəs razılaşmasında Çin, Rusiya və Türkiyənin zamin durmasını tələb edir.