Qəzzanın Rəfah şəhərində İsrail qüvvələrinin hərbi əməliyyatları davam etdirməsi anklavda nizamlanmaya dair danışıqları qeyri-müəyyən vəziyyətə salır.
AzerTimes xəbər verir ki, bu sözləri HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
“Rəfah şəhərində və digər ərazilərdə təcavüzünün genişlənməsi bütün danışıqları naməlum istiqamətə aparır”, – deyə Haniyə bildirib.