HƏMAS-dan İsrailə: Bunu cavabsız qoymayacağıq!

HƏMAS-dan İsrailə: Bunu cavabsız qoymayacağıq!

İsrailin Qəzzada Nabulsi dairəsinə hücumu dəhşətli qətliamdır.

AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı məlumatda bildirilir.

“Nabulsidə baş verən dəhşətli insident cavabsız qalmayacaq. Qayıdışımız və azadlıq hüququmuz reallaşana qədər müqavimətimizi davam etdirəcəyik”, – deyə bildirilib.

Qeyd edilir ki, sözügedən hücumda humanitar yardımı gözləyən 100-dən çox fələstinli həlak olub.

Teqlər: