Qəzza zolağında münaqişənin həlli üzrə Dohada keçirilən məsləhətləşmələrin nəticələri əvvəllər əldə edilmiş razılaşmalara uyğun gəlmir.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına HƏMAS-ın adı açıqlanmayan nümayəndəsi deyib.
“Doha danışıqlarının nəticələri barədə bizə deyilənlərə iyulun 2-də razılaşdırılmış öhdəliklər daxil deyil”, – o, təfərrüatı dəqiqləşdirmədən bildirib.
Qeyd edək ki, bu gün Dohada Qəzza ilə bağlı keçirilən görüş başa çatıb. Yekun bəyanat yayılıb.