Ümid edirik ki, Qəzzada HƏMAS-ı məhv etməyə yönəlmiş müharibə daha betər bir qruplaşmanın meydana çıxmasına şərait yaratmaz. Bu ehtimalı da istisna etmək olmaz.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib.
“Mən 24 ildən artıq hərbi xidmətdə olmuşam və bu müddət ərzində Boko Haram, İŞİD kimi bütün dünyada dinc əhaliyə qarşı vəhşiliklər törədən, öz hərəkətlərini qürurla nümayiş etdirən terror qruplarını müşahidə etmək imkanım olub. HƏMAS-ın dinc sakinləri öldürmək və girovları qaçırmaq məqsədilə icmalara sızmaq üçün sistematik plan ilə törətdiyi dəhşətlər və musiqi festivalında törədilən qətliam bu zorakılığın əsas nümunələridir. Biz nifrətdən qaynaqlanan qruplardan narahatıq, lakin HƏMAS-dan daha pis nümunə tapmaq çətindir. Hərçənd cihadçı hərəkatların bizə yeni sürprizlər verməyəcəyinə ümid edirik. Ümid edirəm ki, olmayacaq”, – deyə o bildirib.