HƏMAS-dan cavab aldıq, dəyərləndiririk – İsrail

HƏMAS-dan cavab aldıq, dəyərləndiririk – İsrail

İsrail tərəfi girovlarla bağlı Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilərlə cavab alıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və MOSSAD kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.

“İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək üçün müsbət hərəkətlərə hazır olduqlarını bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

Teqlər: