Mən Fələstin xalqını bütün şəhərlərdə küçələrə çıxmağa çağırıram. Mən ərəb və islam ölkələrinin bütün xalqlarını indi çıxıb bu qətliamı, qəddarlığı, cinayətləri pisləməyə çağırıram.
AzerTimes xəbər verir ki, bunu HƏMAS-ın rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağında xəstəxana binasına raket zərbəsi endirməsinə reaksiya verərkən bildirib.
Haniyə hər kəsi paytaxtlara, şəhərlərə toplaşaraq İsrail hücumuna etiraz etməyə səsləyib.
Haniyə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər hüquqi qurumları xəstəxanaya hücumu və dinc əhaliyə qarşı törədilən digər cinayətləri açıq şəkildə pisləməyə çağırıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində 800 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.
İsrail hücumda əli olmadığını, xəstəxanaya düşən raketi “İslami-Cihad”ın buraxdığını bildirib.